AZ   |   RU
BMT-də Təhlükəsizlik Şurasında vetodan istifadə ilə bağlı müzakirələr keçiriləcək

BMT Baş Assambleyası aprel ayında Təhlükəsizlik Şurasında vetodan istifadə ilə bağlı müzakirələr keçirəcək.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi bəyan edib.

“Mən vetodan istifadə ilə bağlı Baş Assambleyanın yeni gündəm maddəsi üzrə apreldə müzakirəni səbirsizliklə gözləyirəm. Mən sizi Baş Assambleyada sülh, davamlılıq və hesabatlılığı təmin edə biləcək həllər tapmaq üçün yeni mandatdan necə istifadə etmək barədə praktiki ideyalar irəli sürməyə dəvət edirəm”, - deyə Çaba Kyoryoşi vurğulayıb.

BMT Baş Assambleyasının 2022-ci ilin aprelində qəbul etdiyi qətnaməyə əsasən, hər hansı daimi üzv dövlət Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etdikdə bu qurumun iclası çağırılacaq.

Baş Assambleya 10 gün ərzində toplaşmalıdır.


  • 17-01-2023, 23:14