“Azərbaycan tərəfindən guya Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddialar əsassızdır”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığında bilirib.
Nazir bildirib ki, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin əsassız iddialarını təkzib edir.
Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.