AZ   |   RU
Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq


"Formula 1" üzrə 2023-cü il dünya çempionatında Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu, yarışın rəsmi saytının açıqladığı təqvimdə öz əksini tapıb.

Koronavirus pandemiyası səbəbindən ləğv edilən Çin Qran-prisinin əvəzinə təqvimə başqa yarış salınmayıb.

Mövsümə martın 5-də Bəhreyn Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, bu mövsüm 23 yarış planlaşdırılıb. Avstraliya Qran-prisi 31 mart - 2 apreldə, Azərbaycan Qran-prisi isə 28 - 30 apreldə baş tutacaq.

  • 17-01-2023, 20:43