"Çox güman ki, yaxın gələcəkdə Azərbaycan yeni əraziləri və strateji əhəmiyyət kəsb edən yüksəklikləri nəzarətə götürmək məqsədi ilə Ermənistana və "Artsax"a qarşı yeni genişmiqyaslı hücuma keçəcək".
Missiya.Az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu erməni tarixçi, siyasi elmlər doktoru Armen Ayvazyan özünün "facebook" hesabında yazıb.
"Heç bir şübhə yoxdur ki, zəif müdafiə 2020-ci ildə olduğu kimi Ermənistanın böyük itki verməsinə səbəb olacaq. 44 günlük müharibədən sonra 2021 və 2022-ci illərdə Azərbaycan düzgün taktiki və uğurlu əməliyyatlar həyata keçirərək erməni tərəfinə ağır itkilər yaşatdı. Ona görə də heç olmasa bu dəfə Ermənistan tərəfi Azərbaycana ilk zərbəni vurmaq imkanı verməməli və gözlənilən hücumun qarşısını almaq üçün düzgün müdafiəni təşkil etməlidir", - deyə erməni tarixçi vurğulayıb.
Ayvazyan qeyd edib ki, Ermənistan və "Artsax" silahlı qüvvələrinin bu problemi həll etməyə nə dərəcədə hazır və ya hazırlıqsız olması isə tamam başqa sualdır.Erməni tarixçi hesab edir ki, bu gündən etibarən qarşıya məqsəd qoyulmalı və ona nail olmaq üçün qətiyyətli addımlar atılmalıdır.
Daşqın Həsənov
Missiya.Az