AZ   |   RU
Qarabağ erməniləri fəlakətə sürüklənir - Separatçı rejim ərzaq məhdudiyyəti tətbiq etdi

Qarabağda separatçı rejimin girovluğunda olan ermənilər yanvarın 20-dən etibarən müəyyən növ ərzaq məhsullarını talonla əldə etməli olacaqlar.

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçı rejim qida çatışmazlığı ilə əlaqədar yeni prosedur tətbiq edəcək. 

Talonla satılacaq qida məhsulları sırasına bunlar daxildir:

Düyü;
Makaron;
Qarabaşaq; 
Şəkər;
Günəbaxan.

Məlumata görə, orta məktəblərdə və administrativ binalarda xüsusi məntəqələr yaradılacaq. 

Talonların yanvarın 17-dən etibarən paylanacağı bildirilir.

Əlbəttə, bu yeni prosedur və ümumən Qarabağ ermənilərinin hazırkı acınacaqlı durumuna görə məsuliyyət bilavasitə separatçı rejimin üzərinə düşür. Ruben Vardanyan və separatçı rejimin digər başbilənləri erməniləri göz görə-görə fəlakətə sürükləyirlər. 

Elcan
Missiya.Az




  • 14-01-2023, 21:39