AZ   |   RU
Türkiyə və Ukraynanın xüsusi xidmət orqanları məxfi əməliyyat həyata keçirib

2022-ci ilin dekabrında Tükiyə ilə Ukrayna xüsusi xidmət orqanları və müdafiə nazirlikləri məxfi əməliyyat həyata keçiriblər. Əməliyyat nəticəsində Türkiyəyə məxsus təyyarələr Borispoldan havaya qalxıb.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

“Mən bilirəm ki, təhlükəsizlik dəhlizləri razılaşdırılıb, çünki Ukraynanın hava məkanına bizim hava hücumundan müdafiə qüvvələrimiz nəzarət edir", - deyə Bodnar vurğulayıb.

Onun sözlərinə görə, təyyarələrin havaya qalxması üçün hava limanında lazımi mühəndis-texniki işlər görülüb.

"Bununla bağlı vaxt razılaşdırılıb və hava hücumundan müdafiə bölmələrinə bu təyyarələrin uçuşu ilə bağlı xəbərdarlıq edilib. Bu, sirr idi və onlar bu barədə yalnız təyyarələr gələndə xəbər tutdular”, - deyə diplomat bildirib.

Bodnar qeyd edib ki, layihə Ukrayna və Türkiyə Müdafiə nazirliklərinin birgə əməkdaşlığı sayəsində həyata keçirilib: “Bu əməliyyatı həyata keçirən müdafiə nazirlikləri və xüsusi xidmət orqanlarının işinin uğurunu, o cümlədən yüksək etimadın səviyyəsini göstərir. Düşünürəm ki, bu hadisə ilə bağlı tam təfərrüatları müharibədən sonra biləcəyik”, - deyə diplomat əlavə edib.


Daşqın Həsənov
Missiya.Az


  • 14-01-2023, 20:39