AZ   |   RU
FHN Qusar rayonundakı yaşayış evində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb

Yanvarın 14-də səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Nazirliyin mətbuat xidmətindən Missiya.Az-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsində iki otağın və eyvanı 90 kvadratmetr sahədə, ikinci mərtəbəsində iki otağın və dam örtüyü 90 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı biri azyaşlı olmaqla, iki nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının həyata keçirdikləri operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, evin birinci mərtəbəsindəki odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyənləşdirilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Nazirlik bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırıb.


  • 14-01-2023, 20:29