AZ   |   RU
Azərbaycan əvvəlcə Zəngəzura sahiblənəcək, ardınca Ermənistanın özünün sonu çatacaq - Erməni politoloq


"İrəvan da Xankəndinin  vəziyyətinə düşəcək..."

"Azərbaycan əvvəlcə Zəngəzur dəhlizini, sonra isə Zəngəzurun özünü ələ keçirəcək. Azərbaycan İrəvana dərhal daxil olmaya bilər, amma bizi böyük Türkiyə əhatə edəcək". 

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu politoloq Artur Xaçikyan deyib.

Xaçikyan hesab edir ki, Ermənistan özünü  "Dağlıq Qarabağın" indiki vəziyyətində görəcək, xarici dünya ilə yollar türklərin nəzarətində olacaq:

"İrəvan da Xankəndinin bu gün düşdüyü vəziyyətə düşəcək. Niyə hakimiyyət heç nə etmir ki, Ermənistan bu niyyətlərin qismən də olsa qarşısını ala bilsin? Niyə İranla əlaqələri inkişaf etdirmirlər, Qərbin yardımı haqda nağıl danışırlar? Fransa nə edəcək? Qoşunlarını gətirəcək? Yaxud heç olmasa Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək?.."

Erməni politoloqun fikrincə,  proseslər Ermənistanın sonu ilə nəticələnəcək.

Xaçikyan Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim arasında ciddi fikir ayrılıqlarının olduğunu da bildirib: 

"Paşinyanın mətbuat konfransı çox təhlükəli oldu. Biz dövlətçiliyi itirməyə yaxınlaşırıq. Ermənistan hakimiyyəti hesab edir ki, firavan gələcək üçün "Dağlıq Qarabağdan" imtina etmək və Rusiyadan qurtulmaq lazımdır. Ermənilərin yeganə təminatçısı sülhməramlılardır. Buna görə də "Dağlıq Qarabağ" erməniləri Ermənistan hakimiyyətinin Rusiyanı günahlandırmasını istəmir”, - deyə, Xaçikyan vurğulayıb.

Elcan
Missiya.Az


  • 14-01-2023, 14:25