Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.
Missiya.Az “Report”a istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.
O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.
Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.
Prezident Ofisindən verilən məlumata görə, raket hücumları nəticəsində yaşayış binalarına ziyan dəyib. Raket düşən ərazilərə təcili tibbi yardım briqadaları cəlb olunub.