Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin daxili işlər naziri Marat Axmetjanov ilə görüşüb.
Missiya.Az APA-a istinadən xəbər verir ki, bu barədə səfir “Twitter“ səhifəsində paylaşım edib.
“Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair səmimi görüşə və məhsuldar müzakirəyə görə daxili işlər naziri Marat Axmetjanova təşəkkür edirəm. Biz hüquq-mühafizə orqanları və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə diplomat vurğulayıb.