AZ   |   RU
Aİ yanvarda Kiyevə 18 milyard avroluq yardımın ilk tranşını köçürəcək
Avropa İttifaqının Kiyev üçün 2023-cü il üçün ümumi həcmi 18 milyard avro olan makro-maliyyə yardımı proqramının birinci tranşı yanvarda köçürüləcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.

"Bu makro-maliyyə yardım proqramı Aİ-nin tərəfdaş ölkəyə ayırdığı ən böyük yardım proqramıdır", - Lyayen bildirib.


  • 13-01-2023, 23:41