AZ   |   RU
"Bu Sərəncam tələbələrin öz üzərlərində daha çox çalışmaqlarına da əlavə stimul verəcək” - İlqar Orucov


"Gənclərə və təhsil alan təbəqəyə dövlət başısı tərəfindən daim diqqət və qayğı göstərilir".

Bunu Missiya.Az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Fizika – riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov tələbələrin təqaüdünün artırılması barədə danışarkən deyib.

İ.Orucov qeyd edib ki, artımın müsbət tərəfilərindən biri tələbələrin akademik göstəricilərinin də nəzərə alınmasıdır:

"Belə olan halda bu qərar onların təhsil almalarında stimullaşdırıcı rol oynayacaq. Digər tərəfdən, Sərəncama uyğun olaraq dövlət sifarişli olmayan təhsil müəssisələrinin tələbələri də bu qayğıdan yararlanacaqlar. Bu Sərəncam təhsil alanların sosial təminatını gücləndirməklə bərabər, onların öz üzərlərində daha çox çalışmaqlarına da əlavə stimul verəcək”.


Zərintac Mayisqızı
Missiya.Az



  • 13-01-2023, 19:25