AZ   |   RU
Prokurorluq: "Əlavə laborator müayinələrə görə Bakıda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub"

Bakının Nərimanov rayonunda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

"Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub".

  • 13-01-2023, 19:24