AZ   |   RU
Türkiyə səmanı fəth edir - Bu dəfə çoxməqsədli T70 helikopterləri ilə

Müdafiə imkanlarını daha da gücləndirən qardaş Türkiyənin milli müdafiə sənayesinin inkişafı hərbi hava qüvvələrinin perspektivlərini artırıb. Milli və xarici tərəfdaşlarla birgə istehsal edilən aviasiya vasitələri içərisində T70 helikopterləri də özünəməxsusluğu və üstün keyfiyyətləri ilə seçilir.

Missiya.Az xəbər verir ki, ilk mərhələdə 109 ədəd T70 helikopterinin istehsalı nəzərdə tutulsa da Türkiyənin ABŞ-dan aldığı 10 illik lisenziya hüququ yaxın vaxtlarda başa çatacaq. Buna görə də 38 helikopterin istehsalının tamamlanması planlaşdırılır. Qalan 71 helikopter üçün Türkiyə tərəfi ABŞ-dan lisenziya müddətinin uzadılması tələbi ilə çıxış edib. ABŞ Konqresi təsdiq edərsə, istehsal olunacaq helikopterlərin sayı 109 olacaq.

Çoxməqsədli Helikopter Təchizat Layihəsi çərçivəsində müxtəlif qoşun növü komandanlıqlarına təhvil verilməsi nəzərdə tutulan T-70 tipli helikopter ilk dəfə olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Beləliklə də Türkiyə Hərbi Hava Qüvvələri uzun illərdən sonra ilk dəfə olaraq yeni helikopteri silahlanmaya qəbul edib. 

Nəriman Sultanoğlu
Missiya.Az

  • 13-01-2023, 18:45