AZ   |   RU
Tehran sakinləri təmiz hava üçün dağlara çıxırlar
 
İranın bir çox bölgələrində qış aylarında güclənən, birbaşa və ya dolayı ölümlərə səbəb olan hava çirkliliyi gündəlik həyata mənfi təsirini davam etdirərir. Tehran sakinləri də təmiz hava almaq üçün şəhərin şimalındakı dağlara doğru yola çıxırlar.

Missiya.Az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxtda yaşayanlar Dərbəndsər kəndi və Toçal dağı kimi yüksək dağlıq ərazilərə gedir və təmiz havada həm gəzmək, həm də xizək sürmək fürsəti tapırlar.

Həmin yerlərə üz tutan sakinlərdən biri "Biz bura təmiz hava üçün gəlirik. Tehranın havası çox çirklidir. İnsanlar adətən o çirkli havadan qaçmağa çalışırlar, cümə axşamı və cümə günləri bura gəlirlər”-deyə bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 9-01-2023, 17:40