AZ   |   RU
Şəhid Toğrul Məmmədova həsr olunmuş “Qeyrət təcəssümü” kitabının təqdimatı olub

Heydər Əliyev adına Hərbi İnstitutda şəhid kapitan Toğrul Məmmədova həsr edilmiş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib.

Missiya.Az
xəbər verir ki, təqdimat mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin nümayəndələri, Hərbi İnstitutun kursantları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər. 

Kitabın müəllifi Manya Səxavətqızı tədbir iştirakçılarını şeirlə salamlayaraq şəhid kapitan Toğrul Məmmədova həsr etdiyi “Qeyrət təcəssümü” adlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Çıxışların ardından şəhidin qardaşı Üzeyir Məmmədov və kitabın müəllifi Manya Səxavətqızı öz təəssüratlarını Missiya Tv ilə bölüşdülər.

Xatırladaq ki, 1988-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olan Toğrul Məmmədov,  2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində peşəkar zabit kimi formalaşıb. 2016-cı il iyulun 14-də Azərbaycan-Ermənistan təmas xəttində erməni terrorçularının atəşkəs rejimini pozması nəticəsində şəhid olan kapitan Toğrul Məmmədov,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 6-01-2023, 14:53