AZ   |   RU
"Putin 2023-cü ildə hakimiyyətdən gedə bilər" - Rusiyalı siyasətçi

"Rusiya elitası prezident Vladimir Putinə 2023-cü ildə “könüllü” variant təklif etməklə onu hakimiyyətdən uzaqlaşdıra bilər".

Missiya.Az
"UNİAN"a istinadən xəbər verir ki, bunu İsraildə yaşayan və bir vaxtlar Putinə yaxınlığı ilə tanınan siyasətçi Abbas Qallyamov deyib.

Qallyamov bildirib ki, Ukrayna qüvvələrinin yazda əldə etdiyi qələbələr və rus işğalçılarının qış əməliyyatları çərçivəsində uğursuzluqları səbəbindən Putin çox ehtimal hakimiyyətdən getməli olacaq.

"Putini devirməkdənsə, getməyə inandırmaq ehtimalı daha yüksəkdir. Elitalar ondan çox qorxurlar. 20 ildən artıqdır ki, Rusiya elitasının təmizlənməsi aparılıb və getdikcə daha az qətiyyətli hərəkətə qadir olan insanlar oradan sıxışdırılıb çıxarılıb. Rusiya elitası indi tamamilə onurğasızdır. Və onlar bir-birlərinə o qədər də güvənmirlər. Amma nə vaxtsa Putin sındırıla bilər, o, artıq təşəbbüsü itirib", - deyə rusiyalı siyasətçi vurğulayıb.

Qallyamovun qeyd edib ki, Putin bundan imtina etsə, bu, elitanın hərəkətə keçməsi üçün bəhanəyə çevrilə bilər. "Lakin onlar əvvəlcə varisin namizədliyini irəli sürməklə onu getməyə razı salmağa çalışacaqlar", - deyə Qallyamov bildirib.


Daşqın Həsənov
Missiya.Az


  • 1-01-2023, 18:40