Ölkəmizin müstəqilliyini və təhlükəsizliyini daim təhdid edən, cənub sərhədlərimizdə hərbi təlimlər keçirən, İranın Sepah - “Qüds Qüvvələri”nin komandanı olmuş general Qasım Süleymaninin vəfatının il dönümü ilə bağlı qonşu ölkə öz təxribatçı ənənəsinə sadiq qalıb.Missiya.Az xəbər verir ki, İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə məqsədyönlü şəkildə Q. Süleymani qətlə yetirildiyi 3 yanvar tarixində deyil, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü arxa plana keçirmək üçün 31 dekabr 2022-ci il tarixində, saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən İran “Şəhriyar” adına mədəniyyət evində anım mərasimi keçiriləcək.
Unutmaq lazım deyil ki, həmin Qasım Süleymani bütün fəaliyyəti dövründə Azərbaycanın müstəqilliyinə təhdid yaratmağa çalışıb, məscidlərimizdə donuz saxlayan Ermənistanın maraqlarını “İslam Respublikası”nın qırmızı xəttinə çevirmişdi.