On nəfərə yaxın İran generalı Ermənistana səfər edib.Missiya.Az xəbər verir ki, bu barədə “Politik.am” saytı məlumat yayıb.
Sayt İran generallarının İrəvana səfərinin məqsədinin tam aydın olmadığını, onların hansı təkliflə çıxış edəcəyinin bilinmədiyini qeyd edib. Ehtimal edilir ki, generalların İrəvana səfərinin səbəb Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələrdir.
Qeyd edək ki, ötən gün İran PUA-larının Azərbaycanla sərhəddə uçuş həyata keçirdiyi barədə məlumat yayılmışdı.Bundan başqa, bir neçə gün əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib. Ermənistan mediasına açıqlama verən Zonnuri Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.
Sitat: “İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu, bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”- sitatın sonu.
ElvinMissiya.Az