“Azərbaycan Ermənistana 10 gün vaxt verib. Bu müddətdən sonra Gorus-Qafan yolundakı bizə aid hissəni bağlayacaqlar. Nikol Paşinyan fəaliyyəti nəticəsində həmin yolun 15 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. Nikol bu hədiyyəni İlham Əliyevə 2020-ci ilin dekabrında imzalanmış qanunsuz protokolla verib”.Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri Hrant Baqratyan “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Qaragöl bölgəsindən bir metr belə geri çəkilməyib. Sadəcə hərbçilərin sayında müəyyən dəyişiklik edilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan tərəfinin Qaragöl gölü ilə bağlı əvvəlcədən razılaşdırılmış danışıqlarda iştirak etmədiyi barədə məlumat yayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərdiyi barədə açıqlama verib.
O bildirib ki, Rusiya Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Elvin
Missiya.Az