Bazar 16 Mart 2025 / 3:17:58
                    AZ   |   RU
Belarusda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Belarusun Baranavichi şəhəri yaxınlığında “YAK-130” hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “Telegram” kanalında açıqlama yayıb.

Xarici mənbələrə görə, pilotlar təyyarəni tərk etsələr də, xilas ola bilməyiblər. Hadisə nəticəsində yaxınlıqdakı yaşayış evlərindən birinə ziyan dəyib.


  • 19-05-2021, 15:36