AZ   |   RU
WhatsApp-la zəng etmək və mesaj yazmaq mümkün olmayacaq – Yeni qaydalar


WhatsApp messencer istifadəçilər arasında əlaqəyə məhdudiyyətlər tədbiq edəcək.

Bu barədə Missiya.Az “Kommersant.ru”ya istinadən xəbər verir.

WhatsApp, məlumatların yeni istifadə qaydasını qəbul etməyən istifadəçilərin zənglərini və mesajlarını deaktiv edəcək.

Yeni qaydalara görə, WhatsApp “Facebook”un ana bazasına istifadəçilər haqqında daha çox məlumat ötürəcək. Məsələn, istifadəçinin mobil nömrəsi, əməliyyat məlumatları və İP ünvanı.

Xatırladaq ki, məhz yeni qaydalara görə  2021-ci ilin əvvəlində qalmaqal başlamışdı. Bunun nəticəsində istifadəçilər digər proqramlardan istifadə etməyə meyilləndilər.

Yeni şərtləri qəbul etməyən istifadəçilər yaxın günlərdə məhdudiyyətlə üzləşəcəklər. Məsələn, istifadəçilər qrup çatlarına daxil ola bilməyəcəklər. Ancaq digər istifadəçi mesaj göndərəndən sonra yazmaq və  zəng etmək mümkün olacaq. Tədricən isə yeni istifadə qaydaları ilə razılaşmayanlara zənglər daxil olamayacaq, Hətta bildirişlərin daxil olması da dayandırılacaq.

Fazil
Missiya.Az


  • 17-05-2021, 11:27