AZ   |   RU
“Tezliklə sülh müqaviləsinin layihəsi Azərbaycana təhvil veriləcək” - Qriqoryan

Ermənistan tezliklə sülh müqaviləsi layihəsini Azərbaycana təhvil verəcək.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsi zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Biz mətn üzərində işi davam etdiririk və bizim redaktə etdiyimiz versiya tezliklə Azərbaycana ötürüləcək. Ermənistan tərəfi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün bütün səylərini sərf edəcək”, - deyə Qriqoryan bildirib.

İndi ilin sonuna yaxın olduğundan bunun uğurlu olacağını söyləmək çətindir, lakin biz işləməyə davam edəcəyik və hər şey işin nəticəsindən asılıdır”, - deyə təhlükəsizlik şurasının katibi vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 8-12-2022, 15:54