Kremlin sözçüsü Dmitri Peskov Özbəkistanın Rusiya Federasiyası ilə qaz ittifaqından imtina etməsinə dair məlumatları yanlış adlandırıb.
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskovun bu barədə açıqlamasını “Reuters” nəşri şərh edib.
Kreml nümayəndəsi jurnalistlərin ittifaqının yaradılmasının texniki razılaşmalardan nə ilə fərqləndiyi suallarını da cavablandırıb:
“Əlbəttə ki, hər bir ölkə öz enerji resurslarını kommersiya şərtlərinə əsaslanaraq öz tərəf müqabillərinə satır və satmaqda davam edəcək. Lakin başqa şeylərlə yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin izah etdiyi kimi, ölkələr nəqliyyat marşrutlarının çəkilməsi, qaz infrastrukturunun inkişafının gələcək yollarının müəyyən edilməsi və qaza olan tələbatlarının ödənilməsi üzrə öz fəaliyyətlərini əlaqələndirməkdə maraqlıdırlar”.
Onun sözlərinə görə, ölkələr bu mexanizmləri əlaqələndirməkdə maraqlıdırlar.
Zərintac MAYİSQIZI
Missiya.Az