AZ   |   RU
İranda ölən etirazçıların sayı 458-ə yüksəlib- İran İnsan Haqları Təşkilatı
 
Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda həyatını itirənlərin sayının 458-ə yüksəldiyini açıqlayıb.

Missiya.Az 
“Anadolu” agentliynə istinadən xəbər verir ki, məlumat İHR-nin internet saytında dərc edilib.

Hesabatda həyatını itirən nümayişçilərdən 29-nun qadın, 63-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkədəki 31 əyalətdən 26-sı ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi qeyd olunub.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-12-2022, 15:40