AZ   |   RU
Aİ-nin müdafiə xərcləri 200 milyard avronu keçib

Avropa İttifaqına (Aİ) üzv ölkələr ilk dəfə 2021-ci ildə müdafiəyə 200 milyard avrodan çox vəsait xərcləyib.
 
Missiya.Az
“Haber7.com”a istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi (EDA) Danimarka istisna olmaqla 26 Aİ ölkəsinin verdiyi məlumatları nəzərə alan hesabat hazırlayıb.

Hesabata əsasən, müdafiə xərcləri keçən il ilk dəfə olaraq 200 milyard avronu keçərək 214 milyard avroya çatıb.

Üzv ölkələrin ümumi daxili məhsulunun 1,5 faizini təşkil edən məbləğ 2020-ci illə müqayisədə 6 faiz artıb.

Ən böyük artım İtaliya, Finlandiya, Yunanıstan və Sloveniyada müşahidə olunub.

EDA-nın illik hesabatında, "Rusiyanın Ukraynadakı müharibəsindən sonra üzv ölkələrin bəyanatları, xərclərin artımının qarşıdakı illərdə də davam edəcəyini göstərir ".
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-12-2022, 15:37