Tehran Universitetinin antropologiya fakültəsində təhsil alan azərbaycanlı tələbə Məhəmməd Şəbahəti həbs edilib.
Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Sosial Elmlər Fakültəsinin Həmkarlar İttifaqı Şurası məlumat yayıb.
Tələbə öncə universitetin mühafizə xidməti tərəfindən döyülüb, daha sonra təhlükəsizlik orqanının əməkdaşlarına təhvil verilib.
Məhəmməd Şəbahəti əslən Güney Azərbaycanın Sərab şəhərindəndir. Tələbə hərəkatı fəalının həbs səbəbləri və hara aparıldığı barədə məlumat verilməsə də onun təhlükəsizlik orqannın təcridxanasına köçürüldüyü güman edilir.
Zərintac MAYİSQIZI
Missiya.Az