AZ   |   RU
İran mediasının Azərbaycan və Türkiyəyə qarşı təxribatları səngimir

Ehsan Movəhhediyan adlı bədnam iranlı ekspert öz şəxsi Tviter hesabında növbəti dəfə Azərbaycanıa qarşı yalan və əsassız iddialar irəli sürüb. 

Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, o Türkiyə və Azərbaycan prezidentlərinin ünvanlarına çirkin təhdidlər yağdırıb.

Bu yaxınlarda İranın başqa rəsmiləri, o cümlədən ETTELAAT naziri İsmayıl Xətib və iqtisadi məsələlər üzrə vitse-prezidenti Mohsen Rzayi ilə yanaşı, həmin dırnaqarası ekspert Ehsan Movəhhediyan da terrorçuların guya Bakının Heydər Əliyev hava limanından Tehrana uçaraq oradan Şiraza yollanıb və Şahçıraq ziyarətində terror aktı törətdiyini iddia etmişdi. 
İndi isə terrorçuların Türkiyədən İran ərazisinə keçdiyini bildirilib.

Beləliklə İran rejiminin mənsublarının həmişə olduğu kimi, bir-birini inkar edən açıqlamalar verdiyi və ağ yalan uydurduqları üzə çıxır.

Zərintac MAYİSQIZI 
Missiya.Az



  • 8-12-2022, 15:34