İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib Qərb hakimiyyətinin anti-İran yanaşmasına reaksiya verib.Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Xətib “Makronu Mərkəzi Kəşfiyyat İdarəsinin aşağı səviyyəli kəşfiyyat ünsürü idarə edir” deyib.
İran rəsmisi avropa ölkələrinin Amerikadan asılı olduğunu və Avropa liderlerinin artıq müstəqil və güclü liderlər olmadığını iddia edib.
Makronun İrana münasibətinin başqa səbəbləri olduğuna da toxunan Xətib, "Makronun son zamanlar ölkəmizə münasibətinin başqa səbəbi də var. Bu, Kəşfiyyat Nazirliyimiz tərəfindən 2 Fransız kəşfiyyatçısının aşkar edilərək həbs edilməsidir. Biz hələ ən mühüm və ən təsirli məsələni açıqlamamışıq. Deməli, Makron o qədər təcrübəli deyil ki, onu asanlıqla aldada bilirlər” deyib.
Aqil MusaMissiya.Az