AZ   |   RU
Türkiyə minaatan sistemlərini yeniləyir

Müdafiə sənayesini hər keçən gün daha da inkişaf etdirən qardaş Türkiyənin ASELSAN şirkəti minaatanların modernləşdirilməsi layihəsinin ilk tədarükünü həyata keçirib. 

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə icra edilən layihə çərçivəsində ilk modernləşdirilmiş minaatanlar Quru Qoşunları Komandanlığına təhvil verilib. 

Yüksək və aşağı temperaturda işləmə, düşmə və dəqiqlik, paylama, bucaq ölçüləri, məsafə kimi müxtəlif məzmunda keyfiyyət testləri uğurla aparılıb. 

Yeni hədəfləmə, ağıllı atəşi idarəetmə sistemi və lazer məsafə ölçmə cihazları ilə təchiz edilərək modernləşdirilən 60, 81, 120 mm-lik minaatanlar daha qısa müddətdə daha yüksək atəş dəqiqliyinə çatıb. 

Nəriman Sultanoğlu
Missiya.Az



  • 8-12-2022, 14:48