AZ   |   RU
M8 avtobusunda gediş haqqı azaldıldı

M8 ekspress xətti (Maştağa qəsəbəsi-“Gənclik” m/st) adi rejimə keçirilib. 

Missiya.Az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli məlumat yayıb. O qeyd edib ki, bu addım vətəndaşların rahatlığı nəzərə alınaraq atılıb. 

V. Kərimli bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib. 


  • 17-05-2021, 10:17