AZ   |   RU
BMT 2023-cü il üçün ən yüksək məbləğdə humanitar yardım tələb edir
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü il üçün 51,5 milyard dollarla ən yüksək humanitar çağırış edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, BMT-nin 2023-cü il Qlobal Humanitar Yardım üzrə Ümumi Layihəsinə əsasən, gələn il humanitar yardım alacaq insanların sayının 2022-ci ilə nisbətən 65 milyon artaraq 69 ölkədə təxminən 339 milyona çatacağı təxmin edilir.

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Griffiths, "Bu ilki fövqəladə hadisələrin 2023-cü ilə doğru sıçraması ilə əlaqədar humanitar ehtiyaclar təəccüblü dərəcədə yüksəkdir"-deyə bildirib.

Ukraynadakı müharibə, epidemiya və iqlim böhranı səbəbindən ehtiyacların artdığını qeyd edən Qriffits BMT-nin bu çağırışının çətin vəziyyətdə olan insanlar üçün əhəmiyyətinə diqqət çəkib. Qriffits həmçinin 2023-cü ilin həmrəylik ili olmasını arzulayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 17:53