AZ   |   RU
Beş dünya çempionatında qol vurmuş Ronaldu tarixə düşüb
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Missiya.Az
xəbər verir ki, o buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.

Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.

Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya - Qana matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

  • 24-11-2022, 22:45