AZ   |   RU
Azərbaycan və Qırğız Respublikası arasında daha bir əməkdaşlıq protokolu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.

Missiya.Az
xəbər verir ki, Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.


  • 24-11-2022, 18:24