Dünən İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasına ev sahibliyi edən Ermənistan hakimiyyətinin bu dəfə də KTMT-dən Azərbaycana qarşı istifadə etmək cəhdləri görünür uğursuz olub. Ermənistan yaxşı başa düşür ki, KTMT-yə üzv olan ölkələr Azərbaycanla daha sıx əməkdaşlıq münasibətlərinə malikdir. Ona görə də bu ölkələrinAzərbaycana qarşı hər hansı bir radikal qərar qəbul edəcəkləri ağılabatan deyil. Avropa İttifaqının mülki missiyasının Ermənistana çağırılmasının Rusiya başda olmaqla KTMT üzvlərinə xoş təsir bağışlamadığı da bir faktdır.
Bu gün Nikol Paşinyan daxildə və kənarda gözlədiyi dəstəyi ala bilmir. Sülh müqaviləsinin isə Azərbaycanın irəli sürdüyü 5 əsas fundamental şərtlər
daxilində imzalanmasına cəsarət etmir. Azərbaycanın səbrinin sərhədsiz olmadığı artıq hər kəsə məlumdur. Digər tərəfdən erməni mətbuatı yeni bir müharibə və yaxud hərbi əməliyyat mümkünlüyündən narahatlığını göstərən məlumatlar tirajlayırlar. Əlbəttə mövcud vəziyyət belə bir təhlükəni diktə edir.
Missiya.Az-a mövzu ilə bağlı fikirlərini bildirən hərbi ekspert Ədalət Verdiyev son günlər Azərbaycan-Ermənistan xəttində baş verən proseslərə münasibət bildirərkən qeyd edib ki, “Ermənistanın qeyri-konstruktiv mövqeyi və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması yeni bir gərginliyə yol aça bilər.
Onun fikirincə Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni yaraqlılarının silah-sursatlarla təmin edilməsinə, demək olar ki, hər gün atəşkəsin pozulmasına, həmçinin Sarıbaba yüksəkliyi ətrafında mina basdırma fəaliyyətlərinə davam etdirməsinə Azərbaycanın cavabı adekvat ola bilər.” Ermənistanla baş verə biləcək mümkün hərbi eskalasiyanın Azərbaycanın maraqlarına uyğun olmadığını qeyd edən Ədalət Verdiyev həmçinin Azərbaycanın bundan əvvəl həyata keçirdiyi anti-terror əməliyyatlarının oxşar ssenarilərini də masada hazır saxladığını diqqətə çatdırıb.
Hərbi ekspert bildirib ki, Azərbaycan Ermənistanın təhdidlərinin və sərhəddə törətdiyi təxribatların eləcə də ərazilərimizdə-ki qeyri-qanuni erməni silahlılarının gücləndirilməsi fəaliyyətlərinin qarşısını almaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək. Odur ki, Azərbaycana qarşı bütün cəhdləri boşa çıxan Ermənistanın nə edəcəyi elə də dərin analiz tələb etmir. Deməli, Avropa İttifaqı və KTMT-nin dəstəkləmədiyi Ermənstanın bütün danışıqları və imzalanan sənədləri manupulyasiya cəhdləri yeni bir gərginliyə və yaxud toqquşmaya yol aça bilər.
Aqil MusaMissiya.Az