"Xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaqdır".Missiya.Az Tass-a itinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT iclasındakı çıxışında deyib.
“Kiyev danışıqlarda real mövqe tutmayana qədər Rusiya Ukraynanın hərbi potensialını zəiflətmək üçün fəaliyyətini davam etdirəcək” deyə rusiyalı rəsmi bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın infrastruktur obyektlərini həmin ölkəni Qərb silahları ilə doldurmasına və Kiyevin Rusiyanı məğlub etmək üçün etdiyi ehtiyatsız çağırışlara cavab olaraq hədəfə alır.
"Xüsusi hərbi əməliyyatın məqsədlərindən biri də Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaqdır. Kiyev rejimi real mövqe tutmayana qədər buna hərbi yolla nail olunacaq, bu isə həmin problemləri müzakirə edib həll etməyə imkan verəcək. Məhz bu, bizi xüsusi hərbi əməliyyata başlamağa sövq etdi”, deyən Nebenzya əlavə edib ki,
Onu da vurğulayıb ki, “Qərb ölkələri sadə ukraynalıların həyatı bahasına öz geosiyasi hegemonluğunu bərqərar etməyə çalışırlar”.
Qeyd edək ki, oktyabrın 4-də Zelenski Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı qətnaməsini təsdiqləyib.
Oktyabrın 31-də Rusiya lideri deyib ki, o, Ukraynanın buna iradə göstərmədiyi müddətcə onunla hər hansı sazişi müzakirə etmək imkanını görmür. Bununla belə, Putin vurğulayıb ki, Moskvanın danışıqlara dair xoş niyyəti dəyişməzdir.
Teymur AslanovMissiya.Az