AZ   |   RU
Yevlaxda ər 22 yaşlı arvadını boğub öldürdü
Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşı N.Salmanovanı qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.


  • 19-11-2022, 10:14