
Ukrayna prezidenti Zelenski Polşaya düşən raketlərlə bağlı dəqiq məlumatın olmadığını bildirib.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zelenski bu sözləri videokonfrans formatında qatıldığı “Bloomberg Yeni İqtisadiyyat Forumu”nda çıxış zamanı deyib.
Polşaya düşən raketlərlə bağlı dünyanın 100 faizlik məlumata sahib olmadığını iddia edən Zelenski raketin Rusiya məxsus olduğuna əminliyini ifadə edib.
Həmçinin Ukrayna prezidenti Ukraynalı mütəxəssislərin də Polşaya düşən raketlə bağlı təhqiqatda iştirak edəcəyini bildirib.
Aqil MusaMissiya.Az