Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.
“Telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir”, - deyə məlumatda qeyd edilir.
Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib. Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.