AZ   |   RU
Ukraynada hərbi vəziyyətin vaxtı uzadılıb

Ukraynada hərbi vəziyyət eləcə də ümumi səfərbərlik müddəti 90 gün uzadılıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb. "Ali Rada hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün müddətinə 2023-cü il fevralın 19-na qədər uzadıb", - deyə o, bildirib.

Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətinin müəyyənləşdirilməsi Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya müvafiq qanun layihələrini təqdim edən zaman məlum olub.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 16-11-2022, 18:44