AZ   |   RU
Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş ümumxalq partiyasıdır
 
Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin sondərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddisınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edənməşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcıproseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə“91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanıngörkəmli ziyalıları, tanınmış insanları və nüfuzluşəxsiyyətlərinin imzaladıqları bu müraciətdə HeydərƏliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərliketmək xahiş olunurdu.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütünregionlarını təmsil edən və 550 nəfərdən ibarət olantəşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransıYeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədriseçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti vəsədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanıntarixində öz üzərinə böyük tarixi missiya götürən YeniAzərbaycan Partiyası yarandı. 

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
 
Rəcəb Baxşıyev   
Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin Nizami rayon şöbəsinin sədri


  • 15-11-2022, 20:19