AZ   |   RU
ABŞ və Rusiya kəşfiyyat rəhbərləri Ankarada görüşdü

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyənin paytaxtı Ankarada danışıqlar aparıb. 

Missiya.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş Türkiyənin Milli Kəşfiyyat Təşkilatının yardımı ilə keçirilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası görüşün baş tutduğunu təsdiqləyib.

Börns rusiyalı həmkarı ilə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək. O, yalnız Rusiyanın nüvə silahından istifadəsinin nəticələri və strateji sabitlik sahəsində gərginliyin artması ilə bağlı mesaj verəcək. Börns həmçinin görüş zamanı Rusiyada “əsassız” saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələni də qaldıracaq", -  deyə vurğulanıb.

ABŞ tərəfi Kiyevi Ankaradakı görüşlə bağlı məlumatlandırıb. Vaşinqton Kiyevin iştirakı olmadan Ukraynadakı vəziyyətlə bağlı danışıqlara getməyəcək. Biz öz əsas prinsipimizə möhkəm sadiqik. Ukraynasız ölkələri ilə bağlı heç nə baş verməyəcək ”, - deyə qeyd olunub.


Daşqın Həsənov
Missiya.Az



  • 14-11-2022, 19:35