Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 zirvəsində iştirak etmək üçün yola çıxmazdan öncə hava limanında mətbuat üçün açıqlama verib.
Missiya.Az xəbər verir ki, Ərdoğan İstanbulda törədilən terror hadisəsini qınayıb və deyib ki, heç kim Türkiyəni terror ilə təslim ala bilməyəcək:
"Bu hadisələrin arxasında duranlar, onu törədənlər öz cəzasına çatdırılacaq".
Türkiyə prezidenti həmçinin hadisədə 6 nəfərin həlak olması haqda məlumat verib. Bildirib ki, dördü hadisə yerində, ikisi isə xəstəxanada olmaqla 6 itki var, 53 nəfər yaralanıb.