AZ   |   RU
Kamçatkada üç zəlzələ baş verib

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadası sahilləri  yaxınlığında, Sakit Okeanda bu gün üç zəlzələ qeydə alınıb. 

Missiya.Az
-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Yeraltı təkanların episentrləri Petropavlovsk-Kamçatskidən 115-136 km aralıda və 10-66 km dərinlikdə yerləşib. Zəlzələlərin gücü Rixter şkalası üzrə 4,3-5,5 bal təşkil edib.

Qeyd edək ki, ölkənin Primorsk diyarının sahilləri yaxınlığında da, seysmik hadisə qeydə alınıb. Yeraltı təkanların gücü 4,2 bala çatıb. Zəlzələnin episentri Milli Parkın sularında olub.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 7-11-2022, 17:07