AZ   |   RU
NASAMS və “Aspide” kompleksləri Ukraynadadır


NASAMS və “Aspide” zenit-raket kompleksləri Ukraynaya gəlib.

Missiya.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.

"NASAMS və "Aspide" hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb! Bu silahlar Ukrayna ordusunu əhəmiyyətli dərəcədə gücləndirəcək və səmamızı daha təhlükəsiz edəcək", - o yazıb.

Reznikov silahların təhvil verilməsinə görə Norveç, İspaniya və ABŞ-a təşəkkür edib.


  • 7-11-2022, 16:48