AZ   |   RU
257-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı


Rusiya müharibənin 257-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Missiya.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 331 təyyarəsi, 170 helikopteri, 2458 PUA-sı, 387 zenit-raket kompleksi, 6421 tank və digər zirehli texnikası, 884 reaktiv yaylım atəş sistemi, 3562 artilleriya və minaatanı, 7109 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - məlumatda qeyd olunub.


  • 7-11-2022, 15:56