Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.Midsiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.
Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçtərəfli memorandum müzakirə edilib.
Türkiyə Prezidenti görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirilən danışıqlar nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını vurğulayaraq, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət edəcəklərini bildirib.