AZ   |   RU
İtaliyada ekofəllar məşhur rəsm əsərinə noxud şorbası atıblar

İtaliyanın paytaxtı Roma şəhərində ekofəallar Van Qoqun məşhur "Buğda tarlaları" rəsm əsəri üzərinə noxud şorbası atıblar.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Sonuncu nəsil” ekoloji qrupunun üzvləri öz hərəkətlərini iqlim dəyişikliyinə, qaz hasilatı və karbon emissiyalarına etiraz kimi izah ediblər.

1888-ci ildə çəkilmiş rəsm Niderlanddakı Kröller-Müller Muzeyinə məxsusdur.

Bundan əvvəl ekoloji fəallar Almaniya, Böyük Britaniya və İtaliyada rəsmlərin üzərinə şorba və digər məhsullar töküblər. Van Qoqun, Botiçellinin, Pikassonun, Monenin əsərləri hücuma məruz qalıb.

  • 4-11-2022, 23:27