AZ   |   RU
Lənkəranda şəhid ailələri və qazilərlə bağlı aksiya təşkil edilib

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya oktyabrın 29-da Lənkəran rayonunda təşkil olunub. 

Rayonun Mərkəzi Xəstəxanasında həyata keçirilən aksiya Lənkəran, Lerik və Astarada yaşayan qeyd edilən həssas kateqoriyalara aid 300-ə yaxın vətəndaşı əhatə edib. 

Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslı könüllü həkim heyəti tərəfindən aparılıb. Nəticələrə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, həmçinin onlar zəruri dərman vasitələri ilə təmin ediliblər.

Layihə çərçivəsində sağlamlıq vəziyyəti ağır olan şəxslərin ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsinə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək.


  • 4-11-2022, 23:08