AZ   |   RU
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

"Çiyin, topuq və digər bölgələrimdə zədələrim var. Bu səbəbdən də müəyyən məşqləri etmək imkanım olmamışdı".

Missiya.Az
xəbər verir ki, bu sözləri Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanan Kəramət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

60 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı görüşlərin çətin keçdiyini bildirib: "Özümü güclü hiss etmirdim. Qızıl medal qazanmaq istəyirdim, lakin qismət olmadı. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram".


  • 4-11-2022, 19:37